<b>"Sənin arvadın ondan artıqdır?"- deyən dostunu öldürdü: - <span style="color:red;">BAĞIŞLAMIRLAR </b>
28 fevral 2019 12:58 (UTC +04:00)

"Sənin arvadın ondan artıqdır?"- deyən dostunu öldürdü: - BAĞIŞLAMIRLAR

0

Bakıda dostunu öldürməkdə təqsirləndirilən Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə mərhum Fikrət Salamovun hüquqi varisi, əmisi Elbrus Salamov ifadə verib.

 

O, təqsirləndirilən şəxsdən şikayətçi  olduqlarını deyib: “Bəxtiyara ən ağır cəza verilsin. Mən də onu tələb edirəm. Kim qanından keçər?".

 

 Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

 

Qeyd edək ki, hadisə zamanı hər iki dost spirtli içkinin təsirində olub. Həmçinin onların yanında başqa qız da olub. Fikrət Salamov sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb. Bəxtiyar Əhmədov isə ona etiraz edib bildirib ki, yolda onları polis saxlaya bilər.

 

Mərhum Bəxtiyara deyib ki, polisə arxada oturan qızın arvadın olduğunu deyərsən. Bu sözdən sonra dostlar mübahisə ediblər. Bəxtiyar buna etiraz edəndə Fikrət "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də cinayət hadisəsi baş verib.

 

Bəxtiyar Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 799

Oxşar yazılar