Bakıda dəhşətli qəzada ölənlərin kimliyi bilindi - ADLAR - YENİLƏNİB
24 noyabr 2016 14:59 (UTC +04:00)

Bakıda dəhşətli qəzada ölənlərin kimliyi bilindi - ADLAR - YENİLƏNİB

0

 

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, "Opel" markalı minik avtomobilinin "Shacman" markalı yük maşınına çırpılması nəticəsində ölən şəxslər bunlardır: Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Ağayev Mükafat Bəylər oğlu, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Rzazadə Günel Taleh qızı və onun 7 aylıq övladı Rzazadə Ümid Asif oğlu.

 

"Opel"i idarə edən 23 yaşlı Həsənov Sənan Hidayət oğlu isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin çox ağır olduğu bildirilir.

 

******

 

12:57

 

Bu gün Bakının Qaradağ rayonunda - Bakı-Ələt magistralının 48-ci kilometrliyində baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyini müəyyənləşdirilir. Lent.az-ın məlumatına görə, ilkin araşdırma zamanı "Shacman" markalı yük maşınına çırpılan "Opel"də vəfat edən şəxslərin Masallı rayonundan olduğu məlum olub. Bəlli olub ki, ölən şəxslərdən ikisi 24 yaşlı qadınla 7 aylıq körpəsidir.

 

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

 

Qəzada ağır yaralanan daha bir şəxs xəstəxanaya yerləşdirilib.

 

*****

 

09:47

 

Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 06:43-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar