Bakının bəzi küçələrində təmirli əlaqədar avtomobillərin hərəkətində məhdudiyyətlər yaranacaq.
“Azəravtoyol” ASC-dən Lent.az-a daxil olan məlumata görə, təmir işlərinin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).
Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək.
İşlərin aparıldığı ərazilər:
1. Tbilisi prospekti – “İzmir” dairəsindən “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)
2. Ziya Bünyadov prospekti – “Xutor” yol qovşağından “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)
3. Moskva prospekti – Əsas yol və yan yollar, yəni “Şamaxinka” deyilən ərazi (hər iki istiqamət)
4. “Biləcəri enişi” və “Biləcəri” dairəsi
5. Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsi
“Azəravtoyol” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və yarana biləcək hər-hansı naratlığa görə öncədən üzr istəyir.