<b><span style="color:red;">"İstədim sifətinə şram atım, yalvarırdı..."  - Nigahsız yaşadığı qadına qarşı <span style="color:red;">ŞOK  əməl</b>
29 mart 2019 11:35 (UTC +04:00)

"İstədim sifətinə şram atım, yalvarırdı..." - Nigahsız yaşadığı qadına qarşı ŞOK əməl

Birlikdə yaşadığı xanımı öldürməyə cəhd edən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Şirzad Əsədov özünü təqsirli bilməyib.

O bildirib ki, ailə münaqişə zəminində Zöhra Əlqəmbəyevaya xəsarət yetirib:

“Axşam evə gələndə gördüm ki, uşaqlar yatıb. Pəncərinə açıq qoymuşdu, səbəbini soruşdum. Gördüm mənə kobud cavab verir. Dedim , özünü düzgün apar, problem yaratma. Amma eyni qaydada davam elədi. Mən də qayçı ilə iki dəfə şram atdım. Birini boynuna, birini də kürəyinə. Onun özünə demişdim ki, səni öldürməyəcəm, şikəst edəcəm”.

Suallara cavab verən Şirzad Əsədov Zöhrəni öldürmək istəmədiyini deyib və dəfələrlə bıçaqlamasının səbəbini belə izah edib:

"Mən onu öldürmək istəsəydim, bir dəqiqədə edərdim. Ona dedim ki, səni öldürmədiyim üçün mənə yalvaracaqsan. İstəyirdim ki, onun sifətinə şram atım. Neçə dəfə atsam da tutmadı. Əli ilə tutmaq istəyirdi. Ulayırdı, yalvarırdı ki, vurmayım. Öldürmək istəsəydim, indi ölmüşdü".

 

Məhkəmədə Zöhrə Əlqəmbəyeva da ifadə verib. Deyib ki, Şirzad bəzi məsələləri düz danışmır. O, Şirzadla bir müddət yaşasa da sonra ayrılmaq istədiyini deyib. Lakin ondan əl çəkmədiyini də Zöhra sözlərinə əlavə edib.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb.

O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

 

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

 

Hadisədən sonra Şirzad Əsədov naromaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı Narkoloji Mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə almağa, gizlənməyə başlayıb.

 

Bundan 2 gün sonra Narkoloji Mərkəzdə məlum dəhşətli yanğın hadisəsi baş verib və 25 nəfər xəstə dünyasını dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Azərbaycanda sabiq diplomat SAXLANILDI

Azərbaycanda sabiq diplomat SAXLANILDI

22 iyul 2024 , 23:39
Bakıda "Kia" YANDI

Bakıda "Kia" YANDI

22 iyul 2024 , 22:16
Səfa Mirzəyev VƏFAT ETDİ

Səfa Mirzəyev VƏFAT ETDİ

22 iyul 2024 , 22:06
Bakıda avtobus  yandı

Bakıda avtobus yandı

22 iyul 2024 , 21:11
Xırdalanda qatar uşağı vurub öldürdü

Xırdalanda qatar uşağı vurub öldürdü

22 iyul 2024 , 20:55
Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

22 iyul 2024 , 19:57
Bakıda azyaşlını girov götürüb , öldürəcəyi ilə hədələdilər - Polis...

Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...

22 iyul 2024 , 19:46
Bakıda uşaq bağçasından OĞURLUQ:  Görün nə apardılar?

Bakıda uşaq bağçasından OĞURLUQ: Görün nə apardılar?

22 iyul 2024 , 19:30