<b><span style="color:red;">Ramil Usubov:  20 polis xidmətdən azad edilib</b>
30 oktyabr 2017 17:23 (UTC +04:00)

Ramil Usubov: 20 polis xidmətdən azad edilib

0

Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 əməkdaş cəzalandırılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu nazir Ramil Usubov Bakıda səfərdə olan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuquşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

 

Nazir həmçinin qeyd edib ki, 20 nəfər xidmətdən xaric edilib, 38 nəfər tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehləri verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar