<b>Gəncədə yaşayış binasındakı yanğın söndürüldü -</b> <span style="color:red;">YENİLƏNİB - FOTOLAR
05 may 2018 11:36 (UTC +04:00)

Gəncədə yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB - FOTOLAR

0
 
 

Gəncədə yaşayış binasında baş verən yanğın söndürülb. 

 

APA-nın qərb bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb.

Yanğının söndürülməsində iştirak edən Gəncə Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürəni - 30 yaşlı Zirəddin Məmmədov və 29 yaşlı Namiq Lələyev xəsarət alaraq Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. 

 

 

 

***
 
 
10:45
 
 
Gəncədə Heydər Əliyev prospekti bina 6-da yanğın baş verib.
 
 
Lent.az-ın ARB Kəpəz-ə istinadən xəbərinə görə, tüstülənmə 2 mərtəbəli yaşayış binasının dam örtüyündən başlayıb.
 
Hadisə yerinə FHN-nin 6 texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyə edilib. Sakinlər qabaqlayıcı tədbirlər görərkən 2 nəfər FHN-nin əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar