<b><b>60 yaşlı kişini qanına bələdilər </b> -<span style="color:red;"> BAKIDA QƏTL </b>
24 may 2019 12:25 (UTC +04:00)

60 yaşlı kişini qanına bələdilər - BAKIDA QƏTL

0

Bakıda 60 yaşlı kişi qətlə yetirilib.

Bakı şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 24-ü 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və  meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1217

Oxşar yazılar