[b]"Azərsu"nun sabiq işçisi kafedə mahnı üstündə qan tökdü - MƏHKƏMƏ[/b]
12 aprel 2018 12:09 (UTC +04:00)

[b]"Azərsu"nun sabiq işçisi kafedə mahnı üstündə qan tökdü - MƏHKƏMƏ[/b]

0

Kafedə mahnı sifarişi üstündə adam bıçaqlamaqda təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Zərərçəkmiş Rufan Hüseyovun məhkəmədə iştirak etmədiyi bildirilib.

 

A.Şükürov qeyd edib ki, zərərçəkən Rufan Hüseynovla barışıq əldə ediblər.

 

Məhkəmə baxışı aprelin 16-na təyin edilib.

 

Qeyd edək ki, hadisə  ötən il Xətai rayonun Əhmədlidə yerləşən "Batabat" kafesində baş verib. Həmin kafedə müştəri olan  A.Şükürov şən mahnı sifariş vermək  üstündə digər masada müştəri olam Rufan Hüseynovla mübahisə edib. Tərəflər arasında mübahisə söyüşə keçib. Nəticədə A.Şükürov R.Hüseynovu ürəyindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Daha sonra saxlanılan A.Şükürov barəsində həbs qətimkan tədbiri seçilib.

 

 A.Şükürovun anket məlumatları dəqiqləşdirilən zaman onun "Azərsu" ASC-də sürücü vəzifəsində çalışdığı məlum olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar