"Qanun"dakı oğurluqla bağlı cinayət işi açılıb
28 sentyabr 2016 11:25 (UTC +04:00)

"Qanun"dakı oğurluqla bağlı cinayət işi açılıb

0

 

Dünən “Qanun Nəşrlər Evi”ndə baş verən oğurluqla bağlı cinayət işi başlanıb.

 

Lent.az-a bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat verib. Naşirin sözlərinə görə, dünən Nəsimi rayon Polis İdarəsindən əməkdaşları hadisə yerinə baxış keçirib: “Bu gün Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları gələrək, baxış keçirib. Faktla bağlı Cinayət Məcəlləsinin 177 ( oğurluq) maddəsi ilə cinayət işi açılıb. Kamera görüntülərinə artıq polisə təqdim etmişəm. Ümidvaram ki, yaxın günlərdə oğrular saxlanılacaq”.

 

Qeyd edək ki, sentyabrın 27-i gecə saatlarında 2 nəfər naməlum şəxs nəşriyyatın binasına daxil olaraq Qanun nəşriyyatın kassasından 3 mindən çox, “Əli və Nino”dan isə 213 manat 20 qəpik oğurlayıblar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar