Astara rayonunun Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil vermişlər.
Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.