Ağdamda avtomobilin vurduğu 6 yaşlı qız ölüb - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
19 sentyabr 2016 16:06 (UTC +04:00)

Ağdamda avtomobilin vurduğu 6 yaşlı qız ölüb - FOTO - YENİLƏNİB

0

Ağdamda avtomobillə vurulan 6 yaşlı məktəbli xəstəxanada dünyasını dəyişib.

 

 

Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Həkimlər ağır xəsarətlər alan azyaşlını xilas edə bilməyiblər.

 

 

 

Qeyd edək ki, hadisə bu gün Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü  Elgün Təhməzlinin idarə etdiyi  “VAZ 2106” markalı,  02 BN 358 dövlət nömrə nişanlı maşınla  6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.

 

 

Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 

15:08

 

Ağdamda 6 yaşlı məktəblini maşın vurub.

 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində baş verib.  1991-ci il təvəllüdlü  Elgün Təhməzlinin idarə etdiyi  “VAZ 2106” markalı,  02 BN 358 dövlət nömrə nişanlı maşınla  6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.

 

Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Yaxınlarının APA-ya verdiyi xəbərə görə, xəsarət alan qızın vəziyyəti orta-ağırdır.

 

Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, E. Təhməzlinin idarə etdiyi maşın onun dayısı  Vüqar Allahverdiyevə məxsusdur.

 

 

Faktla bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar