[b]48 yaşlı kişinin üstünə dəmir köşk aşdı[/b] - [b]Gədəbəydə[/b]
02 may 2018 22:31 (UTC +04:00)

[b]48 yaşlı kişinin üstünə dəmir köşk aşdı[/b] - [b]Gədəbəydə[/b]

0

Gədəbəydə bədbəxt hadisə baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Yeni Saratovka kəndində qeydə alınıb.

 

Kənd sakini, 1970-ci il təvəllüdlü Cəfərov Zülfüqar Oruc oğlu qonşusunda olan dəmir köşkdə iş görən zaman qurğu onun üzərinə düşüb.

 

Müxtəlif dərəcəli xəsarətlər alan Z.Cəfərov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar