[b]44 üzük, 13 sırğa, 300 qram qızıl...[/b] - SAÇINDA QAÇAQMAL GƏTİRDİ
06 avqust 2016 09:34 (UTC +04:00)

[b]44 üzük, 13 sırğa, 300 qram qızıl...[/b] - SAÇINDA QAÇAQMAL GƏTİRDİ

0

 

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, yoxlama nəticəsində həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar