<b>40 yaşlı kişi itkin düşdü </b> - <span style="color:red;"><b>Şirvanda</b>
27 fevral 2018 00:23 (UTC +04:00)

40 yaşlı kişi itkin düşdü - Şirvanda

0

Şirvanda 40 yaşlı iki uşaq atası dörd gündür ki, itkin düşüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 40 yaşlı Şirvan sakini İbrahimov Rövşən Vladimir oğlu 23 fevral, axşam saat 18.44-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Rövşən İbrahimov Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində gözətçi vəzifəsində çalışırmış.

 

Həyat yoldaşı Şəbnəm İbrahimovanın dediyinə görə, o evdən gedərkən mobil telefonunu evdə qoyub. Bu səbəbdən onunla əlaqə saxlamaq mümkün olmayıb. Ailəsi Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar