<b>33 il həbsdə yatmış kriminal avtoritet tutuldu</b> - <span style="color:red;"><b>Hacıqabulda</b>
05 iyul 2017 22:03 (UTC +04:00)

33 il həbsdə yatmış kriminal avtoritet tutuldu - Hacıqabulda

0

"Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adı çəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada  qulluq göstərdiyinə görə saxlanılıb.

 

Qeyd olunur ki, kriminal aləmdə “razboynik” ləqəbi ilə tanınan İ.Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

 

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar