[b]22 yaşlı gənc sahibkarı al qana buladı- DƏHŞƏT[/b]
30 aprel 2019 17:13 (UTC +04:00)

[b]22 yaşlı gənc sahibkarı al qana buladı- DƏHŞƏT[/b]

0
Zərdabda qanlı hadisə baş verib. 
 
Lent.az-ın məlumatına görə,  rayonun Otmanoba kənd sakini, 1988-ci il təvəllüdlü Bəşarət Qasımov bıçaqlanıb. 
 
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
 
Araşdırmalar zamanı məlum olub ki, Bəşarət Qasımovu Kürdəmir rayon sakini, 1996-ci il təvəllüdlü Elçin Qədirov kürəyindən bıçaqlayıb. 
 
Bildirilir ki, Elçin Qədirov Bəşarət Qasımovu onun sahibi olduğu mağazanın qarşısında aralarında yaranan mübahisə zəminində bıçaqlayıb.  
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci ,(qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanıb.  22 yaşlı Elçin Qədirov saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1605

Oxşar yazılar