Bakıda 12 yaşlı dilənçi faciəvi şəkildə öldü - SƏBƏB AÇIQLANDI
29 avqust 2016 15:55 (UTC +04:00)

Bakıda 12 yaşlı dilənçi faciəvi şəkildə öldü - SƏBƏB AÇIQLANDI

0

12 yaşlı dilənçinin ölüm səbəbini müəyyənləşdirmək üçün meyiti ekspertizaya göndərilib.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, laborator müayinələr üçün meyitdən zəruri bio-materiallar götürülüb və şöbələrə göndərilib. 

İlkin şübhəyə görə, 12 yaşlı uşağın ölümünə səbəb zəhərlənmə olub.

 

***

Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.

Lent.az-ın Report-a istinadən məlumatına görə, hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.

Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar