“Yeni Ukrayna prezidenti Azərbaycana gələcək” - AÇIQLAMA
14 may 2014 12:35 (UTC +04:00)

“Yeni Ukrayna prezidenti Azərbaycana gələcək” - AÇIQLAMA

0

Bu ilin payızında Ukraynanın yeni prezidentinin Azərbaycana səfəri planlaşdırılır.

 

 

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.  O bildirib ki, səfər zamanı Ukrayna-Azərbaycan Prezident Şurasının 5-ci iclasının keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Kiyevdə hökumətlərarası komissiyanın yığıncağı keçirilməlidir.

 

R. Rüstəmov ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın davam etdiyini söyləyib: “Ötən il ticarət dövriyyəsinin həcmi 992 milyon dollara çatıb”.

 

Diplomat Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə bir daha təşəkkür edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1383

Oxşar yazılar