[b]“Yaşa Bakinski”ni öldürən şəxs: <span style="color:red;">"Əlində bıçaqla evimə girmişdi" [/b]
01 noyabr 2017 12:24 (UTC +04:00)

[b]“Yaşa Bakinski”ni öldürən şəxs: "Əlində bıçaqla evimə girmişdi"[/b]

0

 

 

 

Qaradağda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən  Elxan Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 

 

E.Ağayev ibtidai istintaq dövründə cinayət işinin düzgün aparılmadığını deyib. O, hadisəni törətdiyini etiraf edib: "Evimə gəlmişdi, əlində də bıçaq. Məni bıçaqla vurmaq istəyirdi, sonra onu vurdum. Hadisədən sonra polisə məlumat verdim".

 

Daha sonra qətlə yetirilmiş şəxsin qızı Aytən Baləhmədova dindirilib. O bildirib ki, E.Ağayev onların evlərinə gələrək atasını qətlə yetirib: "Mən atamı görəndə artıq ölmüşdü".

 

Şahid qismində Günay Baləhmədova ifadəsində qeyd edib ki, E.Ağayev dayısı Baləhməd Əhmədovu öldürüb.

 

E.Ağayev isə hadisəni öz evlərində törətdiyini söyləyib.

 

Şahidlər gəlmədiyindən proses təxirə düşüb.

 

 

 

Qeyd edək ki, qətl bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

 

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

 

Saxlanılan şəxs ifadəsində bildirib ki, hadisədən 1 ay əvvəl B.Baləhmədov onu bıçaqlayıb. İndi isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

 

E.Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

 

Qətlə yetirilən Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar