“Volkswagen”in şüşəsini sındırıb çantaları götürdülər - BAKIDA
31 may 2018 12:18 (UTC +04:00)

“Volkswagen”in şüşəsini sındırıb çantaları götürdülər - BAKIDA

0

Bakıda oğurluqla məşğul olan 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 26-dan 29-dək olan müddətdə A.Məhərrəmov küçəsində Ramiz Ramazanova məxsus “Volkswagen” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon, içərisində geyim və ərzaq məhsulları olan 2 ədəd çantanın oğurlandığı müəyyən edilib.

 

 

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfəri qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırmalarla onların Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Muxtarov və Abşeron rayon sakini Məhərrəm Süleymanov olduqları məlum olub.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar