“Aztelekom”un sabiq rəhbərinin oğurlanan oğlu <span style="color:red;">3 milyona azad olundu
04 iyul 2016 16:52 (UTC +04:00)

“Aztelekom”un sabiq rəhbərinin oğurlanan oğlu 3 milyona azad olundu

0

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov nəhayət azadlığa buraxılıb.

 

Lent.az-ın Modern.az saytına istinadən məlumatına görə, bu barədə Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan məlumat verilib. Məlumata görə, 3-4 aydır girovluqda saxlanılan Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi Araz Məmmədovu bu günlərdə azad ediblər.

 

Onun girovluqdan azad edilməsi müqabilində oğrulara 3 milyon dollar ödənildiyi vurğulanır.

 

Xatırladaq ki,  “Aztelekom”» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub.  M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə “Aztelekom”un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar