APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda hər mərtəbəsi 800 kv m olan 4 mərtəbəli texniki binanın 2-ci mərtəbəsində 3 ədəd texniki otaqların yanar konstruksiyaları və içərisindəki əşyalar 255 kv m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.