"13 yaşımdan çəkəniyəm, onunla yaşayıram" - Narkotik əkən - VİDEO
10 sentyabr 2016 11:23 (UTC +04:00)

"13 yaşımdan çəkəniyəm, onunla yaşayıram" - Narkotik əkən - VİDEO

0

"1 il əkirəm, 2-3 il çəkirəm"

 

 

 

Bakı şəhəri Xəzər RPİ-yə həyətyanı sahəsində narkotik xassəli çətənə kolları əkib becərən Heydər  Pirimov barəsində məlumat daxil olub.

 

 

 

Lent.az-ın Region TV-yə istinadən məlumatına görə, polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən oradan 26 ədəd çətənə kolu aşkarlayıblar.

 

 

 

İdarədə dindirilən Pirimov ilkin ifadəsində 40 ildir narkotik vasitələrdən istifadə etdiyini deyib: "20-22 dənə idi, ya da neçə dənə idi. Gəldilər, tutdular. Mən özüm onu 13 yaşımdan çəkirəm. Çəkəniyəm mən. Bir il əkirəm, 2-3 il çəkirəm özüm üçün, vəssalam. Mən onunla yaşıyıram. Özüm də xəstəyəm. Ciyərlərim də xəstədir".

 

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar