Azərbaycanda 7 nəfəri öldürən şəxsin ailəsində<span style="color:red;"> DƏHŞƏT
03 noyabr 2014 17:46 (UTC +04:00)

Azərbaycanda 7 nəfəri öldürən şəxsin ailəsində DƏHŞƏT

0

Bir neçə gün əvvəl Goranboy rayonunda 7 nəfəri qətlə yetirmiş şəxsin qardaşı intihar edib. Lent.az-ın məlumatına görə, Səfikürd kəndində Hüseynov Afiq Müzəffər oğlu özünü asaraq intihar edib. Bundan xəbər tutan A.Hüseynovun atası Müzəffər Hüseynovun ürəyi dayanıb.

 

Qeyd edək ki, ailənin digər oğlu Rafiq Hüseynov bir müddət əvvəl qayınatası evində həyat yoldaşı da daxil olmaqla 7 nəfəri öldürüb.

 

Ailənin ən böyük oğlu isə bir neçə il əvvəl özünü asaraq intihar edib. O, Qarabağ müharibəsi iştirakçısı imiş və cəbhədə əldə etdiyi qumbaranı evə gətiribmiş. Həmin şəxsin intihar etməsindən sonra qumbara ailənin digər övladı olan Rafiq Hüseynovda qalıb. R.Hüseynov da məhz həmin qumbaranı qayınanasının evinə atıb və 7 nəfərin ölümünə səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9302

Oxşar yazılar