55 yaşlı kişi itkin düşüb - Qusarda
09 fevral 2016 15:04 (UTC +04:00)

55 yaşlı kişi itkin düşüb - Qusarda

0

 

Qusar rayonunda 55 yaşlı kişi itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Vahiddin Səmədov Qusar rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, onlarla birlikdə yaşayan qayını, 1961-ci il təvəllüdlü Şirinbalayev Zaliddin Qeysəddin oğlunun 2016-cı ilin 31 yanvar tarixində evdən çıxaraq naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib. Aparılan ilkin əməliyyat axtarış tədbirlərinə baxmayaraq itkin düşən şəxsin yerini müəyyənləşdirmək mümkün olmayıb.

 

Onun boyunun 175 sm, sifətinin uzun, saçlarının ağ, qırxılmış, gözlərinin rənginin qəhvəyi, bədən quruluşunun orta olduğu açıqlanıb.

 

Evdən çıxarkən əynində qara rəngli uzun gödəkcə,  göy rəngli cins şalvar və ayağında qara rəngli ayaqqabı, başında qara rəngdə idman papağı olub.

 

Məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar