52 yaşlı kişini it dişlədi - Şəkidə
03 noyabr 2017 23:28 (UTC +04:00)

52 yaşlı kişini it dişlədi - Şəkidə

0

Şəkidə 52 yaşlı kişini it dişləyib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 3-ü günorta saatlarında rayonun Şirinbulaq kənd sakini, 1965-ci il təvəllüdlü Şəmşir Habil oğlu Səlimov it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib.

 

Müayinə zamanı məlum olub ki, sahibsiz it Şəmşir Səlimovun sol ayağın diz nahiyəsindən dişləyib. Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar