Pəncərədən evə soxuldular...tutuldular<span style="color:red;"> - BAKIDA
27 avqust 2015 13:33 (UTC +04:00)

Pəncərədən evə soxuldular...tutuldular - BAKIDA

0

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 25-də paytaxtın Nizami rayonunda yaşayan Asif Qasımovun evinə pəncərədən girmək yolu ilə 350 manat, qızıl və məişət əşyaları oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ağamoğlan Abdalov, əvvəllər məhkum olunmuşlar Fuad Rəsulov, Şəki rayon sakini Xəyal Yunisov və Gürcüstan vətəndaşı Qurban Hacıyev tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar