İtkin düşən 3 yaşlı Zəhra tapıldı - YENİLƏNİB
06 iyun 2019 13:32 (UTC +04:00)

İtkin düşən 3 yaşlı Zəhra tapıldı - YENİLƏNİB

0
İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.
 
APA-nın məlumatına görə, hazırda uşağın səhhəti qaydasındadır.
 
Qeyd edək ki, 2 gün əvvəl Z.Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.
 
 
 
12:12
 
Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.
 
İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.
 
Qeyd edək ki, 2 gün əvvəl Z.Bağırzadə evlərinin  qarşısından naməlum şəraitdə yoxa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1206

Oxşar yazılar