Dənizdə faciə: <span style="color:red;">3 nəfər batdı, 2 meyit tapıldı  - YENİLƏNİB
20 iyul 2016 19:20 (UTC +04:00)

Dənizdə faciə: 3 nəfər batdı, 2 meyit tapıldı - YENİLƏNİB

0

Xəzər dənizində batan 3 nəfərdən birinin də cəsədi tapılıb.

 

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış təxminən 25-26 yaşında olan digər naməlum qadının cəsədi Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Axtarışlar davam etdirilir əlavə məlumat veriləcək.

 

 

 

18:34

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) 3 nəfərin batması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Digər batanların axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 487

Oxşar yazılar