3 avstriyalı idmançının qəzaya düşməsi ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
11 iyun 2015 14:39 (UTC +04:00)

3 avstriyalı idmançının qəzaya düşməsi ilə bağlı RƏSMİ MƏLUMAT

0
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakıda idmançıların yol qəzasına düşməsi faktı ilə bağlı məlumat yayıb.

 

APA-nın Bakı 2015 Avropa Oyunlarının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza  baş verib.

 

Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.

 

Qeyd olunub ki, BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir.

 

"Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar