300 minlik obyekti ələ keçirən dəstə üzvlərinə ittiham elan olundu
29 mart 2015 16:19 (UTC +04:00)

300 minlik obyekti ələ keçirən dəstə üzvlərinə ittiham elan olundu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Yaşar Rəsulov, Reyhan Hüseynova, Kəmalə Rüstəmova və Ceyran Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesinə başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara verilən ittihamlar üzrə özlərini qismən təqsirli biliblər. Məhkəmə aprelin 3-ü davam etdiriləcək.

 

Qeyd edək ki, bu şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər. Təkcə Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib.

 

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən adları yuxarıda qeyd edilən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar