2 nəfərin ölümü səbəb olan sürücü məhkəmədə HƏBS EDİLDİ
20 aprel 2016 11:59 (UTC +04:00)

2 nəfərin ölümü səbəb olan sürücü məhkəmədə HƏBS EDİLDİ

0

 

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vahid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Vahid Quliyev barəsində seçilən heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilərək, qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O , məhkəmə zalından həbs edilib.

 

 

 

Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il Quba rayon ərazində baş verib. Rayon sakini Vahid Quliyevin idarə etdiyi "Hovo" və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər. Vahid Quliyevə Cinayət Məcəlləsinin 263( ölünlə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi ilə ittiham verilib. İstintaq dövründə Vahid Quliyev barəsində həbs qətimkan tədbiri seçilmiyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar