[b]29 yaşlı qadının ölümünə səbəb olan sürücü axtarılır[/b] - YENİLƏNİB
30 dekabr 2016 12:28 (UTC +04:00)

[b]29 yaşlı qadının ölümünə səbəb olan sürücü axtarılır[/b] - YENİLƏNİB

0

 

Daxili İşlər Nazirliyi Digah qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 30-da saat 02 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Xaçmaz rayon sakini Ülviyyə Məmmədəliyeva vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

*****

 

10:18

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Digah qəsəbəsində avtomobil 29 yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar