28 yaşlı oğlanı qətlə yetirən qohumu: "Hələ də anlamıram"
21 may 2014 18:07 (UTC +04:00)

28 yaşlı oğlanı qətlə yetirən qohumu: "Hələ də anlamıram"

0

Bakı şəhəri Biləcəri qəsəbəsi Məlikaslanov küçəsində 1986-cı il təvəllüdlü Elşən Ələkbərovu bıçaqla qətlə yetirən 1984-cü il təvəllüdlü Rüstəm Həsənov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.  Rüstəm Həsənov cinayəti törətdiyini etiraf edib. Dediyinə görə, hadisəyə həm qonşusu, həm də qohumu olan Elşənin ondan pəncərəsini bağlamağı  tələb etməsi səbəb olub: "Dedi bağla, dedim sakit danış. Məni təhqir elədi".

 

Rüstəm Həsənov evinə gedərək, bıçaq götürüb, həyətə düşüb. Təqsirləndirilən şəxs pəncərəni nə üçün bağlamalı olduğunu hələ də anlamadığını deyir: "Bir bıçaq vurdum".

 

Elşən Ələkbərovu dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Mərhum Rüstəm Həsənovun bacanağının qardaşın olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1485

Oxşar yazılar