Göygöldə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Quşqara kənd sakini 1973-cü il təvəllüdlü Rabil Abbasov qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən R. Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir. R. Abbasovun dediyinə görə o özü özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.