22-yaşlı oğlan toyda döyüldü - Samuxda
25 sentyabr 2016 23:15 (UTC +04:00)

22-yaşlı oğlan toyda döyüldü - Samuxda

0

Samuxda döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyidlər kənd sakini, 1994-cü il təvəllüdlü Əmrah Qasımov bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Ə. Qasımov bildirib ki, o qonşu kənddə toy şənliyində iştirak edən zaman toy sahibi və onun oğlu tərəfindən döyülüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar