Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 3-də saat 21:00 radələrində, Oruc Əliyev küçəsində şəxsi münaqişə zəminində Bakı sakini, 1994-cü il təvəllüdlü Əli İsayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Tural Baratov tutulub.