1 milyonluq dələduzluqda təqsirləndirilən qadının işində: "Deyirdi, onun arvadıyam"
02 may 2017 14:08 (UTC +04:00)

1 milyonluq dələduzluqda təqsirləndirilən qadının işində: "Deyirdi, onun arvadıyam"

0

 

Vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.

 

O qeyd edib ki, Aygün onlara yüksək vəzifəli şəxslərdən birinin həyat yoldaşı olduğunu deyib:  "Həmişə danışanda MTN-də polkovnik olduğunu deyirdi. Danışanda Akif Çovdarovun adını çəkirdi".

 

 

Zərərçəkmiş Afət Hüseynova bildirib ki, Aygün Akimova onu keçmiş Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekt göstərib: "Dedi ki, burada hamı MTN işçisidir. Heç kimin üzünə baxma. Mənə dedi ki, 2 milyon 200 min manata alıram. Sənin də nə qədər pulun varsa, gətir. Mən də axırıncı 186 min manatımı aparıb verdim".

 

 

Təqsirləndirilən Aygün Akimova isə çıxışında zərərçəkmişin yalan danışdığını deyib: "Afət deyirdi ki, əri Zakir onu hədələyir. Ərinin içki düşkünü olduğunu deyib məndən kömək istəyirdi”.

 

 

Prosesdə zərəçəkmiş Natəvan Şahverdiyeva bildirib ki, Aygün özünü mərhum yüksək vəzifəli şəxsin həyat yoldaşı kimi təqdim edərək onun etibarını qazanıb: "Mənə dedi ki, ev tikirik, gəl sənə ev alaq. Binəqədidə məcburi köçkünlər üçün tikilən binadan 4 ev almaq üçün ona bir ev üçün 15-18 min manat verdim. Bütün qızıllarımı, pullarımı ona verdim. Mən də ona inanıb güvəndim".

 

 

Proses mayın 18-də davam edəcək.

 

 

Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər Aygün Akimovanın "AMAY Abdulla"nın qeyri-rəsmi arvadı olduğunu və 2 uşağının atası olduğunu deyib.

 

 

İstintaq dövründə də "AMAY Abdulla" ifadə verərək uşaqların doğum haqqında şəhadətnaməsində ata adının onun adına yazıldığını etiraf edib. Lakin uşaqların atası olmadığını deyib.

 

 

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara qarşı 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

 

Onlara Cinayət Məcəlləsinim 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar