16 yaşlı sakin qonşusunu bıçaqladı - Ağdamda
25 oktyabr 2016 14:46 (UTC +04:00)

16 yaşlı sakin qonşusunu bıçaqladı - Ağdamda

0

Ağdam rayonunda 16 yaşlı oğlan qonşusunu bıçaqlayıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Baharlı-2 qəsəbəsində məskunlaşmış 1995-ci il təvəllüdlü Əkbər Eyvazov sol budunun kəsilmiş-deşilmiş yarası ilə Ağdam rayon Xəstəxanasına yerləşdirilib.

 

Ağdam rayon Polis Şöbəsindən bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. Ə. Eyvazov qonşusu, 2000-ci təvəllüdlü Məmmədov Nurlan Cəsarət oğlu tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar