Gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən şəxs həbsdə qaldı
23 oktyabr 2015 14:59 (UTC +04:00)

Gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən şəxs həbsdə qaldı

0

 

Sumqayıt Apellyasiya Məhkəməsində 14 il əvvəl gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən Həsən Əliyevin şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

 

Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.

 

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

 

Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra istintaq orqanın vəsatəti əsasında məhkəmə həmin müddəti əlavə olaraq 3 ay müddətinə artırıb. Həmin qərarla razılaşmayan H. Əliyev isə apellyasiya şikayəti verib.

 

Qeyd edək ki, öldürülən Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar