İran istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 11 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 6-da DSX tərəfindən həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu saxlanılıb.
Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.