Vidadi Zeynalov həbs qoyulan  ƏMLAKLARINI  geri istəyir
04 iyun 2022 17:20 (UTC +04:00)

Vidadi Zeynalov həbs qoyulan ƏMLAKLARINI geri istəyir

Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsi üçün məhkəməyə müraciət edib.

Lent.az-ın əldə etdiyi məlumat görə, sabiq aparat rəhbəri bunun üçün ilk olaraq, Binəqədi rayon Məhkəməsinə üz tutub. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini yerinə yetirməyib. V.Zeynalov daha sonra məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.

İddiada Vidadi Zeynalovdan başqa onun iki oğlu və bir qızı, həmçinin digər iki qohumu da iştirak edir.

Prosesdə qarşı tərəf isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.

Qeyd edək ki, V. Zeynalov 2015-ci ildə həbs olunub. 2019-cu ildə isə azadlığa buraxılıb. Vidadi Zeynalov həbsdə olarkən, istintaq dövründə onun dəyəri 43 milyon manat olan ümumilikdə 67 daşınmaz əmlakına məhkəmə tərəfindən həbs qoyulub. Sonrada isə 2009-u ilədək onun əldə etdiyi əmlakların üzərindən həbs götürülüb.

Vidadi Zeynalov

# 3738
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda evdə PARTLAYIŞ:  ölən var

Bakıda evdə PARTLAYIŞ: ölən var

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36
Bakıda marketlərdən   oğurluq edən saxlanıldı

Bakıda marketlərdən oğurluq edən saxlanıldı

19 aprel 2024 , 10:52
Gəncədə qəzada yaralanan kişi öldü

Gəncədə qəzada yaralanan kişi öldü

19 aprel 2024 , 10:08
BDU-nun tələbəsi intihar etdi

BDU-nun tələbəsi intihar etdi

19 aprel 2024 , 09:20