Veteran pulu düzəldəcəm deyib 2 min manatını aldı
23 fevral 2023 12:55 (UTC +04:00)

Veteran pulu düzəldəcəm deyib 2 min manatını aldı

Birinci Qarabağ Müharibəsi iştirakçısına qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, Gəncə şəhər sakini Cavid Həşimov müharibə iştirakçısı Habil Hüseynovun veteranlıq vəsiqəsini təsdiq etmək və ona aylıq müavinət düzəltdirmək adı ilə 2 min manatını alıb. Bir müddət sonra aldadıldığını görən H. Hüseynov polisə müraciət edib.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə C. Həşimov saxlanılaraq, idarəyə gətirilib. Zərərçəkmişə dəyən ziyan tam ödətdirilib.

Araşdırmalarla C. Həşimovun bir neçə şəxsə qarşı da “şirin vədlər” verərək dələduzluq etdiyi məlum olub.

# 1596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar