Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan polisə çağırıldı
06 yanvar 2023 12:38 (UTC +04:00)

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan polisə çağırıldı

Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxsin kimliyi müəyyən edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin şəxs müəyyən olunub və polis orqanına dəvət olunub.

N. Əliyev bildirib ki, onun barəsində qanunamüvafiq tədbirlər görülüb.

# 1470
avatar

Oxşar yazılar