Uşağı zorlayan erməni axtarışa verildi
23 may 2023 14:47 (UTC +04:00)

Uşağı zorlayan erməni axtarışa verildi

Moskva vilayətində polis yeddi yaşlı qızı zorlamaqda şübhəli bilinən 37 yaşlı Ermənistan vətəndaşını axtarır.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, uşağın anası zorakılığa məruz qalması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Onun sözlərinə görə, mayın 20-də qızı əcnəbi qonşusu tərəfindən zorlandığını deyib.

Həmin şəxsə qarşı cinayət işi açılıb. Qeyd olunur ki, pedofillikdə şübhəli bilinən şəxs Rusiya Federasiyası ərazisində qeydiyyatsız yaşayıb.

# 1599
avatar

Oxşar yazılar