Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU  - FOTO
10 mart 2023 13:08 (UTC +04:00)

Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU - FOTO

Ukrayna da daha bir azərbaycanlı həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə Odessada yaşayan diaspor fəalı və jurnalist Anar Natiqoğlu məlumat yayıb.

Belə ki, Baxmut uğrunda gedən döyüşlərdə iştirak edən əslən Mingəçevirdən olan, 30 yaşlı İlkin Hacıyev döyüşlərdə həlak olub.

Məlumata görə, İlkinin anası və qardaşı Mingəçevir şəhərində yaşayır.

# 1353
avatar

Fidan İlqar

Oxşar yazılar