Ucarda maşın  aşdı,   sürücü hadisə yerində  öldü
07 may 2022 20:30 (UTC +04:00)

Ucarda maşın aşdı, sürücü hadisə yerində öldü

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA -nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

"Lada" markalı minik maşınının sürücüsü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

# 2601
avatar

Oxşar yazılar