Ucarda avtomobil su arxına aşdı, 7 nəfər...  - FOTO
04 mart 2023 17:45 (UTC +04:00)

Ucarda avtomobil su arxına aşdı, 7 nəfər... - FOTO

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA -ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb."Mercedes" və "Hyundai" markalı minik maşınlarının toqquşması nəticəsində, "Hyundai" yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1809
avatar

Oxşar yazılar