Türkiyəli tələbələr arasında dava – 2 YARALI 
15 mart 2023 23:47 (UTC +04:00)

Türkiyəli tələbələr arasında dava – 2 YARALI 

Naxçıvanda türkiyəli tələbələr arasında dava olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı iki türkiyəli tələbə xəsarət alıb. 

Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbələri, Türkiyə vətəndaşları 1999-cu ill təvəllüdlü Umut Ziyam Dostoğlu və 1999-cu il təvəllüdlü Saleh Engi Abdullrahman baş verən davada xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.
 

# 1422
avatar

Oxşar yazılar