Ticarət mərkəzindən 2500 manatlıq ÜZÜK OĞURLANDI -FOTO
18 iyul 2022 13:32 (UTC +04:00)

Ticarət mərkəzindən 2500 manatlıq ÜZÜK OĞURLANDI -FOTO

“Moskva” ticarət mərkəzində qızıl piştaxtalarından oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə qızıl almaq adı ilə dəyəri 2500 manat olan 1 ədəd üzüyü barmağına taxıb. Daha sonra o, satıcının başının qarışıq olmasında istifadə edib və qızılı oğurlayaraq hadisə yerindən yayınıb.

 Ərazidə xidmət aparan Baş Mühafuizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verilən kimi hadisəni törədən şəxs qısa zamanda saxlanılıb və ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman oğurluq edən şəxsin əvvəllər məhkum edilmiş İlqar İmranov olduğu məlum olub. Onun üzərindən oğurladığı qızıl üzük aşkar edilərək götürülüb. 

İlqar İmranovun oğurluq etməsi ticarət mərkəzinin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən də eyni üsulla 1 ədəd dəyəri 1000 manat olan qızıl üzük oğurladığı məlum olub.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində “Moskva” ticarət mərkəzində baş verən daha bir oğurluq hadisəsini törədən şəxs qısa zamanda saxlanılıb. 

Belə ki, qızıl piştaxtalarından birindən satıcının ani diqqətsizliyindən istifadə edərək 1 ədəd dəyəri 1300 manat olan brilliant üzüyü oğurlayan şəxs ərazidə xidmət aparan mühafizə polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə oğurluq və digər cinayətlər etdiyi üçün məhkum edilmiş Ayaz Osmanov olduğu məlum olub. Onun üzərinə baxış zamanı oğurladığı üzük aşkar edilərək götürülüb.

İlqar İmranov və Ayaz Osmanovun digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.Ə

# 1881
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11